Bura “Azərbaycanın Parisi” olacaq – NƏHƏNG LAYİHƏ

Bura “Azərbaycanın Parisi” olacaq – NƏHƏNG LAYİHƏ

Hazırda oxunan: Bura “Azərbaycanın Parisi” olacaq – NƏHƏNG LAYİHƏ

43002

Türkiyə və Azərbaycan erməni işğalından azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş yenidənqurma və inkişaf layihələri həyata keçirir:
 

"Bölgədə yeni yollar, elektrik stansiyaları salan, dağılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üçün çalışır. Bölgədəki bütün layihələrdə Azərbaycana dəstək verən Türkiyə prioritet sahələrdən biri kimi müəyyən edilən kənd təsərrüfatı sektorunun inkişafına dəstəyini davam etdirir.


Bu çərçivədə işğaldan azad edilmiş Zəngilanda türk şirkətlərinin qatqısı ilə müasir texnologiyalarla kənd kəsərrüfatı işlərinin həyata keçiriləcəyi park qurulur.

Fasiləsiz davam edən təsərrüfat parkında əkin sahələri, istixanalar, mal -qara ferması, kəsim yerləri, yem fabriki və meyvə bağları olacaq. İşçilər üçün yaşayış və istirahət yerlərinin tikildiyi parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə, meşə sahəsi və məscid tikilməsi də planlaşdırılır.

Tullantıları enerjiyə çevrəcək biokütlə qazlaşdırma qurğusunun və damlara günəş panellərinin qurulması parkın elektrik enerjisinə olan tələbatının bir hissəsini qarşılamaq məqsədi daşıyır.

Parkda bütün işlər türk və azərbaycanlı mühəndislər və digər işçilər tərəfindən həyata keçirilir”. Parkın tikintisinə rəhbərlik edən layihə rəhbəri Yasin Yavuz "Anadolu”ya açıqlamasında “Buranı bir-iki ilə tanıya bilməyəcəyik,  "Azərbaycanın Parisi” olacaq” sözlərini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO