“Çıraq”da profilaktik işlər vaxtından əvvəl bitdi

Hazırda oxunan: “Çıraq”da profilaktik işlər vaxtından əvvəl bitdi

42548

“Çıraq” platformasında sentyabrnın 23-də başlamış 25 günlük profilaktik işlər 2 gün əvvəlcədən, yəni oktyabrın 16-da uğurla başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. 

Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub və platformanın hasilat və ixrac sistemləri işə salınıb. 

Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO