“Made in Azerbaijan” məhsullarına sərbəst satış sertifikatları verildi

“Made in Azerbaijan” məhsullarına sərbəst satış sertifikatları verildi

Hazırda oxunan: “Made in Azerbaijan” məhsullarına sərbəst satış sertifikatları verildi

42317

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihəsi olan "Azexport" portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib.

Bu barədə Bizim.Media-ya İİTKM-dən məlumat verilib.

Məlumata görə, sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkinin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar İndoneziya, İordaniya və İraqa bu kateqoriyadan olan məhsulların ixracında yaranan çətinliyi aradan qaldırıb.

Sərbəst satış sertifikatı ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.

Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
 

Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.


Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar onlayn olaraq www.dth.az platforması vasitəsilə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO