Türk lirəsi yenə ucuzlaşdı - Mərkəzi Bankın rəhbəri işdən qovuldu

Türk lirəsi yenə ucuzlaşdı - Mərkəzi Bankın rəhbəri işdən qovuldu

Hazırda oxunan: Türk lirəsi yenə ucuzlaşdı - Mərkəzi Bankın rəhbəri işdən qovuldu

42135

Ötən bazar ertəsindən bu yana dördüncü dəfə Türk lirəsi dollara nisbətdə tarixi minimumunu yeniləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Prime" nəşri hərrac məlumatlarına istinadən yayıb.

Mənbə yazır ki, Bakı vaxtı ilə saat 10:15-dək bir dolların məzənnəsi 9,28 lirəyə yüksəlib.

Keçən cümə axşamı Mərkəzi Bankın 3 yüksək rütbəli məmurunun, o cümlədən sədrin iki müavini - Semix Tümenin və Uğur Namık Kuçukun vəzifədən azad edilməsi (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə) xəbəri fonunda bir dolların məzənnəsi 9,18 lirəyə yüksəlib. Cümə günü lirə yenə ucuzlaşıb.

İşdən çıxarılan hər üç məmur Mərkəzi Bankın Pul Siyasəti Şurasının son iclasında faiz endiriminin əleyhinə səs verib.

Ərdoğan isə inflyasiyanın artmasının yüksək faiz dərəcələrindən qaynaqlandığını irəli sürərək faiz endiriminin tərəfdarıdır.

Türkiyədə uçot dərəcəsi martın 18-dən başlayaraq19 faizə yüksəlib. Bundan sonra Ərdoğan Mərkəzi Bankın rəhbəri Naci Ağbalını vəzifəsindən azad edib. Bu isə Türk lirəsinin dollara nisbətdə məzənnəsinin kəskin düşməsinə səbəb olub. Şahap Kavcioğlu bankın yeni rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO