Tural Kərimli İnnovasiyalar Agentliyi rəhbərliyindən uzaqlaşdırıldı

Tural Kərimli İnnovasiyalar Agentliyi rəhbərliyindən uzaqlaşdırıldı

Hazırda oxunan: Tural Kərimli İnnovasiyalar Agentliyi rəhbərliyindən uzaqlaşdırıldı

41266

“Yeni Agentlik bazar iştirakçısı olaraq deyil, tənzimləyici qurum olaraq fəaliyyət göstərəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz Azərbaycanda yeni İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxsin yaradılması ilə bağlı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bütün ölkə ərazisi internetlə təmin olunacaq - Bu tarixədək 


Qeyd edək ki, ölkəmizdə oxşar adda agentlik əvvəl də fəaliyyət göstərirdi. Belə ki, 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılmışdı.

Sual yaranır – Oxşar agentliklərin yaradılmasında məqsəd nədir? 

Osman Gündüzün yeni Agentliklə bağlı gözləntiləri nikbindir:
 

“İki-üç il ərzində öz fəaliyyətini qura bilməyən İnnovasiya Agentliyinin ləğv edilib, onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranması startap və innovasiya sektorundakı durğunluğu aradan qaldıra biləcək.


Uzun illər idi ki, sektorda tənzimləmə Nazirliyə məxsus idi. Tənzimləmə şöbəsi daha çox dövlət operatorları üçün üstün şərait yaratmaqla məşğul olub. Ona görə də telekommunikasiya sektorunda ayrıca tənzimləyici Agentliyin yaranması olduqca müsbət addımdır. Daha yaxşı olardı ki, Agentliyin rəhbərini Prezident təyin etsin. Çünki dövlət və özəl sektor üçün bərabər şərait yaratmaq bu Agentlik üçün elə də asan olmayacaq. Ümid edirəm ki, Nizamnamədə Agentliyin müstəqilliyini artıracaq amillər yer tapacaq. Hökumətin bu sahəyə diqqəti 2 il ərzində ölkədə internet probleminin həll ediləcəyi ilə bağlı verilən vədi reallaşdıracaq”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərvanə Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni Agentlik İnnovasiyalar Agentliyi, Milli Nüvə Tədqiqatları Mərkəzi və Yüksək Texnologiyaların Tətqiqi Mərkəzinin balansında yaradılıb. Bu isə o deməkdir ki, İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli avtomatik olaraq tutduğu vəzifədən uzaqlaşdırılıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO