Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 dövlət qurumu nəzarət edəcək - SİYAHI 

Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 dövlət qurumu nəzarət edəcək - SİYAHI 

Hazırda oxunan: Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 dövlət qurumu nəzarət edəcək - SİYAHI 

41143

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu nazirliyin adı DƏYİŞDİRİLDİ – FƏRMAN 


Bizim.Media xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər. 

- Mərkəzi Bank; 

- Maliyyə Nazirliyi; 

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 

- Dövlət Turizm Agentliyi; 

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir. 

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO