Dünya bu il 1,4 milyon avtomobil itirəcək – Satışın kəskin azalma SƏBƏBİ

Dünya bu il 1,4 milyon avtomobil itirəcək – Satışın kəskin azalma SƏBƏBİ

Hazırda oxunan: Dünya bu il 1,4 milyon avtomobil itirəcək – Satışın kəskin azalma SƏBƏBİ

40838

2021-ci ildə mikroçip çatışmazlığı səbəbindən dünya 1,4 milyon avtomobil itirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” İtaliyanın "Stellantis" konserninin proqnozuna istinadən yazıb. 

Proqnozda avtomobil sənayesinin 2020-ci ildə koronavirus pandemiyasından daha çox mikrosxem çatışmazlığından əziyyət çəkdiyini vurğulanıb.

Komponentlərin olmaması səbəbindən bir çox avtomobil şirkəti istehsalını dayandırmaq və ya azaltmaq məcburiyyətindədir. Dünyanın dördüncü avtomobil istehsalçısı olan “Stellantis” Avropa və ABŞ-da bir neçə fabrikini bağlayıb.

Bu vəziyyətin 2022-ci ilin ilk yarısı boyunca davam edəcəyi, şirkətin daha çox fabrikini dayandırmaq məcburiyyətində qalacağı və yeni modellərin satışa çıxarılmasını təxirə salacağı qeyd olunur. 

Daha əvvəl “Skoda” mikrosxemlərin olmaması səbəbindən Çexiyadakı fabriklərində istehsalın əhəmiyyətli dərəcədə azalacağını və ya tamamilə dayandıracağını açıqlayıb. 

İsveç şirkəti “Volvo” sentyabr ayında satışların keçən ilin eyni dövrü ilə müqayisədə 30,2 % azaldığını açıqlayıb.

Avqust ayında “Stellantis” 29 faiz, “Volkswagen” 14 faiz, “Renault” 23 faiz, “BMW” 18 faiz, “Daimler” 38 faiz satışlarını məhdudlaşdırıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO