“İndi neftin qiyməti yüksəkdir. Yəqin ki, gələn ilin büdcəsində neftin qiyməti daha yüksək - 50-55 dollar səviyyəsində götürüləcək”.
Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ
O, hazırda büdcə müzakirələrinin getdiyini, lakin hələ ki, layihənin parlamentə təqdim olunmadığını bildirib.
Xatırladaq ki, bu ilin büdcəsində neftin bir barel qiyməti 40 dollardan götürülüb.
Maliyyə Nazirliyinin açıqladığı gələn il üçün ilkin büdcə proqnzlarında isə neftin qiyməti 45 dollar olaraq nəzərə alınıb.
Lakin hazırkı neft qiymətlərinin yüksək olduğu bir şəraitdə bu mühafizəkar yanaşma hesab olunur.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 84 dollar ətrafındadır.
Xatirə Nəsirli, Bizim.Media