Ötən il neçə nəfər tikintidə həyatını itirib? – Kompensasiya PROBLEMİ  

Ötən il neçə nəfər tikintidə həyatını itirib? – Kompensasiya PROBLEMİ  

Hazırda oxunan: Ötən il neçə nəfər tikintidə həyatını itirib? – Kompensasiya PROBLEMİ  

40429

Azərbaycanda tikinti sektorunda ölümlə nəticələnən qəzalar mütəmadi hal alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ötən il ölkəmizdə istehsalatla əlaqəli 228 bədbəxt hadisə qeydə alınıb. 

Hadisələr zamanı 250 nəfər zərər çəkib. İstehsalat qəzalarından zərər çəkənlərin böyük hissəsi -213 nəfər kişi, 37-si isə qadın olub. Zərərçəkənlərdən 202-si xəsarət alıb, 48 nəfəri isə həyatını itirib. 
 

Xidmətdən bildirilib ki, bədbəxt hadisələr əsasən emal sənayesi, tikinti, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə xidmətin göstərilməsi zamanı baş verib.


Bu ilin ötən dövrü ərzində nə qədər istehsalat qəzasının baş verməsinə gəlincə isə, bu cür statistikaların illik aparıldığı qeyd olunub.

Qeyd edək ki, mütəxəssislər bildirirlər ki, bu cür qəzaların baş vermə səbəbləri əsasən hündürmərtəbəli binaların tikintisində təhlükəsizlik qaydalarına əməl edilməməsidir. 

Məsələnin digər acınacaqlı tərəfi isə qəzalarda həyatlarını itirən işçilərin ailələrinin və ya xəsarət alan fəhlələrin tikinti şirkətlərindən kompensasiya ala bilməməsidir. Buna səbəb isə həmin sektorda əmək müqavilələrinin bağlanılmasına ciddi yanaşılmamasıdır.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO