Dünya Bankı bu il Azərbaycanda inflyasiyanın səviyyəsinin 5,5 faiz olacağını proqnozlaşdırır.
Bizim.Media Bankın Avropa və Mərkəzi Asiya ölkələri üçün hesabatına istinadən xəbər verir ki, nüfuzlu maliyyə qurumu növbəti illərdə ölkəmizdə bahalaşmanın səviyyəsinin nisbətən aşağı düşəcəyini gözləyir.
Belə ki, Bankın 2022-ci il üçün inflyasiya gözləntisi 4,5, 2023-cü il üçün gözləntisi isə 4,1 faizdir.
Qeyd edək ki, Azərbaycan hökuməti də növbəti illər üçün inflyasiya göstəricisinin bu illə müqayisədə daha aşağı olacağını proqnozlaşdırıb.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:30 / 06.10.2021
DB-nin hesabatı: Azərbaycanda gələn il BAHALAŞMA səngiyəcək
Hazırda oxunan: DB-nin hesabatı: Azərbaycanda gələn il BAHALAŞMA səngiyəcək
Hazırda oxunan: DB-nin hesabatı: Azərbaycanda gələn il BAHALAŞMA səngiyəcək
40377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.