“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalimizin qaydışının təmin edilməsi üçün ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi başlıca məqsədimizdir”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.
Nazir bildirib ki, bu məqsədlə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin qurumları ilə əməkdaşlıq edilir:
“Növbəti addımlarda isə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları daxil olmaqla “Yaşıl enerji” zonalarının yaradılması nəzərdə tutub. Bu da 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsində nəzərə alınıb. Dayanıqlı inkişafa nail olmaqda əməkdaşlığımızın rolu böyükdür.
Bu məqam inkişafın maliyyələşdirilməsi üçün 3-cü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökümətdə razılaşdırılması prosesi başa çatır".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:58 / 06.10.2021
Azərbaycanın 5 illik sosial-iqtisadi inkişaf strategiyası təsdiqlənəcək - DETALLAR
Hazırda oxunan: Azərbaycanın 5 illik sosial-iqtisadi inkişaf strategiyası təsdiqlənəcək - DETALLAR
Hazırda oxunan: Azərbaycanın 5 illik sosial-iqtisadi inkişaf strategiyası təsdiqlənəcək - DETALLAR
40355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.