Azərbaycanda bu il üçün iqtisadi artımla bağlı beynəlxalq prqnozlar nikibindir.
Bizim.Media-nın xəbərinə görə, Dünya Bankı Avropa və Mərkəzi Asiya ölkələri üçün hesabatını yeniləyib.
MÖVZU İLƏ BAĞLI:
Dünya Bankından Azərbaycana qarşı təxribat - SENSASİYA
Hesabatda Azərbaycanda ümumi daxili məhsulun dəyərinin ötən ilin yekunu ilə müqayisədə 5 faiz çox olacağı bildirilir.
Qeyd edək ki, iyun ayında Dünya Bankının Azərbaycanla bağlı iqtisadi artım proqnozu 2,2 faiz olub.
Bankın mövqeyinə görə, Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz böyüyəcək. Eləcə də Dünya Bankı Cənubi Qafqazda bu ilin sonuna qədər 5,8 faiz iqtisadi artım gözləyir.
Xatirə, Bizim.Media