BVF-nin bədbin PROQNOZU: “Bu ölkələr üçün çətin olacaq”

BVF-nin bədbin PROQNOZU: “Bu ölkələr üçün çətin olacaq”

Hazırda oxunan: BVF-nin bədbin PROQNOZU: “Bu ölkələr üçün çətin olacaq”

40335

“Düz irəliləyə bilmərik. Bu ayaqqabılarla daşın üzərində gəzmək kimidir”.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF)  prezidenti Kristalina Georgieva BVF-Dünya Bankının illik toplantısından əvvəl qlobal iqtisadi durumu dəyərləndirərkən deyib. 
 

İyul ayında dünya iqtisadiyyatının 2021 -ci ildə 6 faiz böyüyəcəyinin proqnozlaşdırıldığını xatırladan Georgieva, ilin yekunu üçün iqtisadi artım tempinin “mülayim” olacağını qeyd edib.


Balanslaşdırılmış qlobal bərpa yolunda risklərin və əngəllərin aydın göründüyünü bildirən BVF rəhbəri "epidemiya və onun təsirinin əngəlləməyə davam etdiyi qlobal bərpa ilə üz -üzəyik” – deyə əlavə edib.

Kristalina Georgievanın sözlərinə görə, inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları pandemiya çətinliklərindən daha çox təsirlənib.

"2022-ci ilə qədər inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun pandemiyadan əvvəlki tendensiyalara dönəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətinin bərpası üçün daha uzun illər lazım olacaq" – deyə, Georqiyeva bildirib. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO