8 ayda nə qədər sənaye məhsulu istehsal edilib? – RƏSMİ

8 ayda nə qədər sənaye məhsulu istehsal edilib? – RƏSMİ

Hazırda oxunan: 8 ayda nə qədər sənaye məhsulu istehsal edilib? – RƏSMİ

39677

2021-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 32,1 milyard manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir.

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz azalıb, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 18,4 faiz artıb.
 

Sənaye məhsulunun 62,5 faizi mədənçıxarma, 31,6 faizi emal, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.


Sənayedə qeyri-dövlət sektorunun payı 81,3 faiz olub. Ümumi istehsalın 91,1 faizi sənaye məhsullarının istehsalı, 8,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO