8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI

8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI

Hazırda oxunan: 8 ayda hansı obyektlər istifadəyə verilib? - SİYAHI

38904

2021-ci ilin yanvar-avqust aylarında neft-qaz sektoruna 3 milyard 622,0 milyon manatlıq vəsait yönəldilib. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 4 milyard 637,4 milyon manatlıq vəsaitin 862,9 milyon manatı (ümumi sərmayənin 10,4 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

Bu dövrdə idtifadəyə verilən müəssisələrin siyahısını təqdim edirik: 

Naxçıvan Muxtar Respublikasında 

“Azərxalça” ASC-nin filialı, 

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, 

Süni Mayalanma Mərkəzi,

Culfa - Ordubad magistral avtomobil yolu, 

Bakı şəhərində 

İqtisadiyyat Nazirliyinin yeni inzibati binası, 

4 saylı DOST Mərkəzi, 

Baş Prokurorluğunun inzibati bina kompleksi,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası, 
“Suraxanı” tanker muzeyi, 

Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası, 

Hərbi Qənimətlər Parkı, 

Sumqayıt şəhərində 

Vərəqə şüşə istehsalı zavodu, 

Naftalan şəhərində 

Naftalan Mərkəzi Sanatoriyası,

Abşeron rayonunda 

DOST mərkəzi, 

Abşeron Rayon Mərkəzi Xəstəxanasının binası, 

Füzuli rayonunda

110/35/10 kilovoltluq “Füzuli” elektrik yarımstansiyası, 

Goranboy rayonunda 

Olimpiya İdman Kompleksi, 

Əlirzalı-Xan Qərvənd-Səfikürd -Tapqaraqoyunlu avtomobil yolu, 

Hacıqabul rayonunda 

“Azərsun Şamaxı Aqropark”ı, 

Hacıqabul Sənaye Məhəlləsi, 

110/35/10 kilovoltluq “Qarasu” elektrik yarımstansiyası, 

Qəbələ rayonunda 

Qəbələ Dəmir Yolu Vağzalı

Ləki stansiyası, Qəbələ birxətli dəmir yolu, 

Şuşa rayonunda 

110/35/10 kilovoltluq “Şuşa” elektrik yarımstansiyası, 

6 saylı Bakı “ASAN xidmət” mərkəzi, 

Bülbülün ev-muzeyi 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO