Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı - FƏRMAN 

Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı - FƏRMAN 

Hazırda oxunan: Prezident İqtisadiyyat Nazirliyinin səlahiyyətini azaltdı - FƏRMAN 

38364

Prezident İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 29 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Böyükşor gölünün reabilitasiyası ilə bağlı icraçı qurumların siyahısından İqtisadiyyat Nazirliyi çıxarılıb.

Siyahıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu” ASC qalıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO