Çində devolvasiya baş verə bilər.
Bizim.Media xəbər verir ki, Asiyanın ən böyük daşınmaz əmlak şirkəti olan “China Evergrande”-nin böyük miqdarda borcunun ölkənin maliyyə sabitliyinə zərər verə biləcəyi gözlənilir.
“Bloomberg”-in məlumatına görə, “China Evergrande” hələ də banklarla ödənişlərin vaxtını uzatmaq və yanvar ayına qədər kreditləri 128 milyard dollara çatdırmaq imkanları barədə danışıqlar aparır.
Ancaq səlahiyyətlilər xalqın pullarını şirkətin qurtuluşuna xərcləməyəcəklərini açıqlayıblar.
Məlumatlara görə, Çin banklarındakı əmanətlər 35 trilyon dollardır və bu, ABŞ banklarındakı əmanətlərin ümumi sayından iki dəfə çoxdur.
Çində maliyyə böhranı yaşanarsa, bu yuandan kütləvi imtinaya gətirib çıxara bilər. Analitiklər hesab edirlər ki, dollara, avroya və digər valyutalara üstünlük verilə bilər.
Xatirə, Bizim.Media