Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.
O, digər avtonəqliyyat vasitələrinin də mümkün qiymətini açıqlayıb:
"Pikaplar 50-70 min arasında, avtobuslar isə 70-120 min arasında qiymətə satılacaq".
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda nazirlərin sürdüyü MAŞINLAR - "Xəzər"dən neçə nəfərdə var?
Assosasiya rəhbəri əsas hədəf bazarının Türkiyə olduğunu qeyd edib: "General Motors"un razılığı ilə avtomobilləri Türkiyə bazarında satmağı hədəfləyirik".
E.Axundov avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edildiyini qeyd edib.
Bizim.Media