2022-ci ildə MANATI nə gözləyir? – “Belə getsə...”

2022-ci ildə MANATI nə gözləyir? – “Belə getsə...”

Hazırda oxunan: 2022-ci ildə MANATI nə gözləyir? – “Belə getsə...”

36500

Qlobal maliyyə bazarlarında ABŞ dolları möhkəmlənir. Dolların qarşısında digər aparıcı valyutaların, eləcə də əmtəələrin ucuzlaşma prosesinin davam edəcəyi ilə bağlı proqnozlar var.

Bəs, manat - dollar məzənnəsində milli valyutamızın dəyər itirməsi gözlənilə bilərmi?

İqtisadçı alim Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda dolların funt-sterlinq və avroya qarşı dalğalanması müşahidə olunur:

“Amma ilin əvəlində dollar indeksi aparıcı valyutalara qarşı 6-8 faiz dəyər itirmişdi. Yəni indi dollar nə qədər də bahalaşsa da bu amil nəzərə alınmalıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Maaş və pensiyalar neçə milyard olub? – RƏSMİ


İqtisadçı alim bildirir ki, baş verən proseslər manata qarşı hər hansı təhdid yaratmır: 

“Əvvala bizim idxal-ixrac əməliyyatlarımız arasında balans stabildir. İkinici tərəfdən Azərbaycanda neft amilindən asılılığı nəzərə alsaq, hazırda neftin qiyməti dünya bazarlarında 70 dollar ətrafında ticarət olunur. Dövlət büdcəsində neft qiyməti isə cari ildə 45 dollardan götürülüb. Belə getsə, əminliklə demək olar ki, manata təzyiq yoxdur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO