Gələn il Qarabağa nə qədər PUL ayrılacaq? – Maliyyə Nazirliyindən AÇIQLAMA – ÖZƏL

Gələn il Qarabağa nə qədər PUL ayrılacaq? – Maliyyə Nazirliyindən AÇIQLAMA – ÖZƏL

Hazırda oxunan: Gələn il Qarabağa nə qədər PUL ayrılacaq? – Maliyyə Nazirliyindən AÇIQLAMA – ÖZƏL

36326

2022-ci il dövlət büdcəsindən də Qarabağın bərpası üçün vəsait ayrılacaq.

Bizim.Media Maliyyə Nazirliyinin açıqladığı “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” açıqlamaya istinad edərək, bildirir ki, tarixi torpaqlara Böyük Qayıdış, ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, yenidənqurma və bərpa işlərinin əsas hissəsinin dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Sənəddə bildirilir ki, nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azad edilmiş torpaqlarda indiyədək hansı işlər görülüb? - Hesabat verildi


Döyüş bölgəsindən kənarda dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, sahibkarlara dəymiş zərərin qarşılanması da nəzərdə tutulur.

Hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanacaq.

Bəs, Qarabağın bərpası üçün ayrılacaq vəsait nə qədər olacaq?

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, ilkin büdcə bəyanatında əsas parametrlər açıqlanıb: 
 

“İcmal büdcənin göstəriciləri sentyabrın 15-dək hazırlanıb Nazirlər Kabinetinə, sentyabrın 25-dək Prezidentə təqdim olunacaq. Hər mərhələdə qanunamüvafiq olaraq nə açıqlanmalıdırsa, onu da açıqlayrıq”.


Xatırladaq ki, bu ilin büdcəsindən Qarabağın bərpası üçün 2,2 milyard manat ayrılıb.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO