Qarabağda 3 hava limanı NİYƏ TİKİLİB?  – İqtisadçı alimdən ŞƏRH

Qarabağda 3 hava limanı NİYƏ TİKİLİB?  – İqtisadçı alimdən ŞƏRH

Hazırda oxunan: Qarabağda 3 hava limanı NİYƏ TİKİLİB?  – İqtisadçı alimdən ŞƏRH

34192

Zəngilan, Laçın və Füzuli hava limanları gələcəkdə Azərbaycana hansı iqtisadi mənfəətlər qazandıra bilər?

“Beynəlxalq reytinq təşkilatları bütün dövlətlərin dayanıqlılığını dəyərləndirirlər və hansısa dövlətdə çoxlu kommunikasiyalar çəkilirsə, ölkənin reytinqi artır. Nəticədə həmin ölkəyə investisiyalar gəlir. Qarabağa da investisiyaların axını müsbət haldır. İkinci tərəfdən Zəngilan ərazisi ilə Zəngəzurdan dəhliz keçəcək və koridor Avropanı Asiya ilə birləşdirəcək”.

Bizim.Media ilə dialoq zamanı bu sözləri səsləndirən iqtisadçı alim Emin Qəribli Zəngilanın gələcəkdə nəqliyyat habına çevrilməsi üçün imkanların yaranacağını vurğuladı.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək


Bununla yanaşı aeroportların tikilməsi turizmin inkişafı üçün də əhəmiyyətlidir:

“İnsanlar Qarabağda istirahətə gəlmək üçün hava limanlarından istifadə edəcəklər. Çünki Kəlbəcər və digər zonalarda kurort zonaları var, tarixi yerlər də var ki, həmin ərazilərin ziyarəti üçün aeroport gərəklidir”. 

Sonda qeyd edək ki, Qarabağda inşa olunan hava limanları və gələcəkdə açılacaq Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatına faydalarına hesablamaq üçün Bakı-Tbilisi-Qars müqayisəsi aparmaq kifayətdir. Əslində isə daha artığı planlaşdırılır.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO