Bitcoini o yaradıb?

Bitcoini o yaradıb?

Hazırda oxunan: Bitcoini o yaradıb?

34103

Satoshi Nakamoto məşhur bitcoin kriptovalyutasının yaradıcısının sahib olduğu ləqəbdir. Bloomberg saytının aparıcı analitiki olan Eric Balchunas dünyanın ən məşhur və bahalı kriptovalyutasının yaradıcısının əsl adını açıqlayıb.  

Bizim.Media xəbər verir ki, analitikin fikrincə Satoshi Nakamoto ləqəbi altında Hal Finney adlı proqramçı gizlənib. Daha doğrusu gizlənmişdi.

Belə ki, Hal Finney 2014-cü ildə vəfat edib. Hal Finney rəqəmsal valyutaların ortaya çıxmağa başladıqları dövrdə bitcoinin əsas tərəfdarı idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Bitcoin 60 min dolları keçdi


O öz növbəsində bitcoinin yaradılmasında iştirak etmiş və özü ilə Satoshi Nakamoto arasındakı ilk tranzaksiyanı reallaşdırmışdı. Bu, 2009-cu ildə baş verib.

Bloomberg saytının analitiki bu nəticələrə sadə yol ilə gəlib çıxıb. Belə ki, o, Hal Finney tərəfindən 1993-cü ildə dərc edilmiş material ilə tanış olub.

Həmin materialda proqramçı qarşılıqlı şəkildə dəyişdirilməsi mümkün olmayan tokenlərin çalışma prinsiplərinə sahib kriptovalyuta kartlarının yaradılması ideyası barədə mülahizə aparmışdı. Həmin materialı əks etdirən foto aşağıda təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO