“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?

Hazırda oxunan: “Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?

32942

“Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə Taliban silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi”.

Bizim.Media-nın xəbərinə görə, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında bildirib: 

“Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldılmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanda yeni hökuməti kimlər təmsil edəcək? - AÇIQLAMA 


Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırıb. Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bilib. 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv olub”. 

Vüqar Bayramov bildirir ki, ilkin proqnozlara görə, son hakimiyyət dəyişikliklərindən sonra, Əfqanıstanda iqtisadi tənəzzül dərinləşəcək, beynəlxalq maliyyə institutları ilə münasibətlər yumşaq olmayacaq.

İqtisadçı alim bildirir ki, Azərbayan Əfqanıstana strateji enerji məhsullarının ixracaatını həyata keçirir:
 

“Ötən il Əfqansıtan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 37.7 milyon dollar olub. Ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb.


Bu baxımdan da Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq. Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyrici olduğu bu xəmir hələ çox su aparacaq”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO