Azərbaycanda evlər bahalaşacaq – SƏBƏBLƏR

Azərbaycanda evlər bahalaşacaq – SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda evlər bahalaşacaq – SƏBƏBLƏR

31463

Azərbaycanda tikinti materialları bahalaşıb. Xüsusi ilə taxta məmulatlarının, parketin, alçibanın qiymətlərində ciddi artım müşahidə olunur. Tikinti materiallarının bahalaşması, bu sahədə özəl olaraq çalışan usta və fəhlələrin də öz xidmətlərini daha yüksək qiymətlərlə təklif etməsinə səbəb olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində ölkəmizdə əksər tikinti materiallarının istehsalı artıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalın səviyyəsində 40,2 faiz artım baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

“ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM


Bəs, istehsalın artmasına rəğmən qiymətlərin yüksəlməsi nə ilə bağlıdır?

NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, tikinti materialları bazarında bahalaşma əsasən idxal olunan məhsulların qiyməti ilə bağlıdır: 

“İdxal olunan materialların yerində qymətlərində də artım var, bununla yanaşı gömrük rüsumları da artıb. Bu iki amil tikinti materiallarında əhəmiyyətli dərəcədə artıma gətirib çıxarıb”.

Ekspert qeyd edib ki, ölkədə istehsal olunan materialların bahalaşmasında isə tikinti sektorunda iş yerlərinin leqallaşdırılması xüsusi rol oynayır:

“Əvəllər bu sahədə işçilərin bir qismi qeydiyyata salınmırdı, amma son il ərzində Dövlət Vergi Xidməti bu məsələyə ciddi yanaşır. Digər tərəfdən minimum əmək haqqı artığına görə, bu sahədə çalışanların da əmək haqqı artırılıb. İşçi qüvvəsinə çəkilən xərclər maya dəyərini artırır. Başqa bir məqam isə istehsalın da vergidən yayınmasının qarşısının alınması ilə bağlıdır. Bu da bir növ maya dəyərini artırır və qiymət artımını şərtləndirir”.

Daşınmaz əmlak üzrə ekspert deyir ki, qiymət artımına cüzi təsir edən digər faktor isə Qarabağda aparılan tikinti işləridir.

Belə olduqda, Azərbaycanda ev və mənzillərin də bahalaşacağı gözlənilə bilərmi?

Nüsrət İbrahimli deyib ki, evlərin bahalaşacağı gözlənilir, amma sıçrayışlı qiymət artımı olmayacaq:

“Hissə-hissə, yəni bu il bir qədər, gələn il, o biri il bir qədər... Çünki qiymət birdən-birə artdıqda satış tamam dayanır. Alıcı tərəfin gəlirləri artmalıdır ki, bazar buna düz mütənasib olsun. İnsanların gəlirləri artdıqca qiymət artımı qaçılmaz olacaq”. 

Xatirə Nəsirli,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO