MƏNZİL BAZARI: Açıq bazar güzəştli təkliflərdən nə qədər fərqlənir?

MƏNZİL BAZARI: Açıq bazar güzəştli təkliflərdən nə qədər fərqlənir?

Hazırda oxunan: MƏNZİL BAZARI: Açıq bazar güzəştli təkliflərdən nə qədər fərqlənir?

31298

Avqust ayının 17-dən etibarən Sumqayıtda inşa olunan iki binanın mənzillərinin güzəştlə satışı başlanacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatına görə, satış 24 avqust saat 11:00-dək davam edəcək.

Satışa ümumilikdə 144 mənzil çıxarılacaq. Mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Qiymətlərə gəlincə: 

1 otaqlı mənzillər – 30 175 manat,

2 otaqlı mənzillər – 48 110 manat,

3 otaqlı mənzillər – 63 325 manatdır.

Maraqlıdır, bəs, Sumqayıt şəhərinin açıq mənzil bazarında ümumi durum necədir?

Bizim.Media alqı-satqı portallarında kiçik araşdırma edib.

Qeyd edək ki, mənzillərin qiyməti yerləşdikləri ünvanlardan, binaların köhnə və ya yenitikilidə yerləşməsindən, təmirindən asılı olaraq dəyişir. Ümumi mənzərə isə belədir – Sumqayıt şəhərində 32-40 min manat arasında qiymətlərlə 1 otaqlı mənzil sahibi olmaq mümkündür. Bununla belə 1 otaqlıların qiyməti 50-75 min manatadək yüksəlir.

Sumqayıtda ikiotaqlı mənzillərin qiymətinə gəlincə, şəhərin mərkəzi küçələrində yaxşı təmir olunmuş mənzillərə 70-90 min manata rast gəlmək olur, 50-60 min manata da ikiotaqlı mənzil təklifləri var. 

Sumqayıtda 3 otaqlı mənzillərin qiymətləri kifayyət qədər yüksəkdir – 140-130 min manata mərkəzin yaxınlığında olan hündürmərtəbəli binalardan evlər təklif olunur. Yerləşdiyi məkandan, təmirindən asılı olaraq üzüaşağı qiymətlərlə - 90-80-70-60 min manat təklifləri ilə də üzləşmək mümkündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə radio-televiziya stansiyası var? – Açıqlandı


Göründüyü kimi, Azərbaycanın böyük şəhərlərindən biri sayılan Sumqayıtda mənzil bazarında ümumi qiymətlər kifayət qədər yüksək olsa da, MİDA-nın təklif etdiyi qiymətlərə uyğun mənzillərə də rast gəlinir. 

MİDA-nın təklif etdiyi aylıq ödəniş şərtləri isə açıq bazardan xeyli yüngüldür. 

Məsələn, mənzili 10 faizlik minimal ilkin ödəniş etməklə, 4 faiz dərəcəsi, 30 illik güzəştli ipoteka krediti ilə aldıqda 1 otaqlı mənzilin aylıq ödənişi 130 manat, 2 otaqlının 207 manat, 3 otaqlının isə 272 manatdır. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO