Qarabağda bərpa-tkinti işləri davam etməkdədir. İşğaldan azad edilmiş ərazilərimizdə həm yerli müəssisələr, həm də xarici şirkətlər fəaliyyət göstərir. Eləcə də bölgəyə gələcək investitsiyaları şərtləndirən müqavilələr imzalanır.
Bunlar ölkəmizin əmək bazarına ciddi şəkildə öz təsirlərini göstərir və bu təsirlərin daha da genişlənəcəyi gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Avropada işçi qüvvəsi çatışmır – ÇIXIŞ YOLU AXTARILIR
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə hərtərəfli işlər gedir:
“İnfrastruktur layihələri, mina təmizləmə, planlaşdırılma, tkinti-quraşdırma işləri həyata keçirilir. Burada inzibati binalar – məktəblər, mədəniyyət evləri tikiləcək. Bunlar əlbəttə ki, böyük işçi qüvvəsi tələb edir. Bu birinci mərhələdə onminlərlə işçinin əmək bazarına cəlb olunmasına gətirib çıxaracaq. Sonrakı mərhələdə isə ora köçürüləcək əhalinin məşğulluğu ilə bağlı təhsil, səhiyyə, aqrar sektorda iş yerləri yaradılacaq. Perespekiv planda 100 minlərlə insanın məşğulluğunun təmin olunacağı gözlənilir. Bu sahədə aqrar sektor öndə olacaq”.
Azərbaycana cəlb olunan xarici şirkətlərin fəaliyyətinin əmək bazarına təsirinə gəlincə, Sahib Məmmədov deyir ki, adətən xarici şirkətlər özləri ilə işçi gətirir:
“Amma onların özlərinə də yerli və ucuz işçi qüvvəsindən istifadə etmək daha sərfəlidir. Hər halda bu amilin də əmək bazarına təsiri olacaq”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçi qüvvəsinin tərkibi - yəni nə qədər yerli, nə qədər əcnəbi işçinin cəlb olunması şirkətlə bağlanan müqavləyə uyğun tənzimlənə bilər. Bununla bərabər digrə ölkələrdən də işçi miqrantların ölkəmizə axını gözləniləndir.
Xatirə, Bizim.Media