Azərbaycanda nə qədər işsiz var? - AÇIQLANDI

Azərbaycanda nə qədər işsiz var? - AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda nə qədər işsiz var? - AÇIQLANDI

29614

Azərbaycanda iqtisadi fəal əhali 5 milyon 279,9 min nəfərdir, onlardan 4 milyon 929,1 min nəfərini məşğul əhali təşkil edir.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766,0 min nəfər təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

İşəgötürənlər üçün yeni layihəyə start verilir


İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.

İşsiz əhalinin sayına gəlincə, Komitənin təqdim etdiyi rəqəmlərə əsasən hesablamamıza görə, rəsmi olaraq cəmi 350,8 min nəfər işsiz sayılır.

Bu da iqtisadi fəal əhalinin 6.65 %-nin işsiz olması deməkdir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO