Kim daha çox ƏMƏK HAQQI alır? - RƏSMİ

Kim daha çox ƏMƏK HAQQI alır? - RƏSMİ

Hazırda oxunan: Kim daha çox ƏMƏK HAQQI alır? - RƏSMİ

28766

2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 724,0 manat təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azdır.

Əməkhaqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil edib. 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat oub.

İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı göstəricilərinə gəlincə, məlum olur ki, ölkədə ən çox əmək haqqı alanlar mədənçıxarma sənayesində çalışanlardır.

Bu sahədə özəl sektorda çalışanların orta aylıq nominal əməkhaqqı 4 072,3 manat, dövlət müəssiələrində çalışanların orta aylıq nominal əməkhaqqı isə 1 669,9 manat təşkil edib.

Əmək haqqı yüksək olan digər iqtisadi sahələr isə bunlardır:

Maliyyə və sığorta fəaliyyəti (2 194,8 manat özəl sektorda, 1 987,6 manat dövlət sektorunda) 

Peşə, elmi və texniki fəaliyyət (1 922,8 manat özəl sektor),

İnformasiya və rabitə sahəsi ( 1 474,2 manat özəl sektor).

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO