“Sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub” - Mikayıl Cabbarov

“Sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub” - Mikayıl Cabbarov

Hazırda oxunan: “Sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub” - Mikayıl Cabbarov

28322

“Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında 2021-ci ilin I yarısında 824 milyon manatlıq məhsul istehsal edilib”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk hesabında yazıb.

Nazir bildirib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz çoxdur. Onun sözlərinə görə, sənaye zonaları üzrə 268 milyon manatlıq ixrac həyata keçirilib:

“Ümumilikdə, indiyədək sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO