Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? – VİDEO

Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? – VİDEO

Hazırda oxunan: Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? – VİDEO

273689

Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir. Borcalan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir.

Bizim.Media “Xəzər” TV-yə istinadən xəbər verir ki, kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib.

Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər.
 

Ekspert bildirib ki, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır.


Qeyd edək ki, kredit müqavilələrində zaminlə borcalanın öhdəlikləri eynidir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO