Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

Hazırda oxunan: Gedişhaqqı 50 qəpik olduğu avtobuslarda 10 qəpik artıq ödədilər

273323

Xəbər verdiyimiz kimi, bu gündən ictimai nəqliyyatda tətbiq edilən yeni tariflər qüvvəyə minib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, tarif artımı bütün avtobus xətlərini əhatə etmədiyindən müəyyən çaşqınlıq yaranıb.

Belə ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə marşrut avtobuslarının təxminən yarısında gedişhaqqı artırılsa da, digər yarısı dəyişməz olaraq qalıb.

Elektron qaydada yəni, “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə ödəniş etmək istəyənlər isə bilet alaraq proqramın onlara ilkin olaraq 60 qəpiklik ödənişi təklif etməsinin narahatlıq yaratdığını bildiriblər.
 

Belə ki, gedişhaqqının 50 qəpik olduğu xətlərdə ödəniş etmək istəyərkən elektron bilet yüklənməsi zamanı onlara 60 qəpiklik biletin təklif edilməsinə diqqət etməyən bir çox sərnişinlər bu gün avtobuslara minərkən 10 qəpik artıq ödəniş etdiklərini bildiriblər.


Qeyd edək ki, mobil tətbiqlərdə hazırda 50 qəpiklik bilet seçimi də mümkündür. Bunun üçün sərnişinlər bilet (QR kod) yükləyərkən ödəniş hissəsində seçim etməlidirlər. Sərnişinlər isə avtobuslara minərkən tələsdiklərini, bəzi hallarda bu dəyişikliyi etməyə fürsət tapmadıqlarını deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO