AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: AYİB-in Qafqaz üzrə regional direktoru ilə görüş keçirildi - FOTO

272080

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru ilə görüşdə infrastruktur layihələri üzrə birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bu baxımdan, AYİB-lə uğurlu tərəfdaşlıq qeyd olunub.
 

Bildirilib ki, bankla həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin tətbiqini sürətləndirir. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün işbirliyi imkanları diqqətə çatdırılıb.


Tərəflər su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər sahələrdə birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO