Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

Hazırda oxunan: Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

269361

Hesablama Palatası vahid xəzinə hesabının sərbəst qalığından istifadə ilə bağlı Maliyyə Nazirliyinə irad bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.
 

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib.


Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.

Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO