Rayonlararası yeni su bölgüsü qrafiklərinin icrasına başlanıldı - FOTO

Rayonlararası yeni su bölgüsü qrafiklərinin icrasına başlanıldı - FOTO

Hazırda oxunan: Rayonlararası yeni su bölgüsü qrafiklərinin icrasına başlanıldı - FOTO

25841

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

Konfransda Araz çayı üzərində yerləşən Mil-Muğan hidroqovşağından götürülən sularla əkin sahələri suvarılan rayonların istismar idarələrinin rəhbər işçiləri, həmçinin Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.

Bizim.Media xəbər verir ki, ASC-dən verilən məlumata görə, konfransda su bölgüsü ilə bağlı müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən ərazilərdə əlavə su mənbələri yaradılır


İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarında və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO