“Azad edilən ərazilərdə 13 307 əmlak inventarlaşdırılıb” – Mikayıl Cabbarov

“Azad edilən ərazilərdə 13 307 əmlak inventarlaşdırılıb” – Mikayıl Cabbarov

Hazırda oxunan: “Azad edilən ərazilərdə 13 307 əmlak inventarlaşdırılıb” – Mikayıl Cabbarov

25322

İşğaldan azad edilmiş ərazilərdə 10 483 daşınmaz əmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, 1 525 km avtomobil yolunun, 292 km elektrik təchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO