Metro 3 ayda nə qədər qazanıb?

Metro 3 ayda nə qədər qazanıb?

Hazırda oxunan: Metro 3 ayda nə qədər qazanıb?

253009

2025-ci ilin yanvar-mart aylarında metro nəqliyyatı vasitəsilə 52 milyon 837,1 min sərnişin daşınıb.

Bizim.Media “Valyuta.az”a istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 677,8 min nəfər və ya 1,3% azdır. Qeyd edək ki, ötən ilin ilk üç ayında metro ilə daşınan sərnişinlərin sayı 53 milyon 514,9 min idi.
 

Cari ilin ilk rübündə metro sərnişindaşımalarından 25 milyon 595,2 min manat gəlir əldə olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 772,7 min manat və ya 22,9% çoxdur.
2024-cü ilin yanvar-mart aylarında bu göstərici 20 milyon 822,5 min manat təşkil edib.


Beləliklə, illik müqayisədə metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayında azalma müşahidə olunsa da, əldə olunan gəlirlərdə artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO