Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşdı

252954

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,52 % artaraq 69,87 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,92 ABŞ dolları təşkil edib.
 

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,95 ABŞ dolları və ya 1,4 % artaraq 68,56 ABŞ dolları təşkil edib.


Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO