SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalandı - FOTO

SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalandı - FOTO

Hazırda oxunan: SOCAR ilə “MOL Group” arasında Əsas Şərtlər Sazişi imzalandı - FOTO

252893

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.

Bu barədə Bizim.Media-ya SOCAR-dan məlumat verilib.
 

Məlumata görə, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.


İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 %, SOCAR-ın isə 35 % paya sahib olması nəzərdə tutulur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO