Rusiya İrana 4 ton qızıl verib: Görün nə alıb - Şok alış-veriş barədə məlumat sızdı

Rusiya İrana 4 ton qızıl verib: Görün nə alıb - Şok alış-veriş barədə məlumat sızdı

Hazırda oxunan: Rusiya İrana 4 ton qızıl verib: Görün nə alıb - Şok alış-veriş barədə məlumat sızdı

252167

Moskva İranın “Sahara Thunder” şirkətinə “Şahed-136” hücum pilotsuz uçan aparatları üçün ödəniş olaraq təxminən 104 milyon dollar dəyərində azı 1,8 ton qızıl külçə verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Aqentstvo” tərəflər arasında müqaviləyə giriş əldə etmiş C4ADS tədqiqat qrupuna istinadən xəbər verir.

Açıqlanan məlumata görə, 16 mart 2023-cü il tarixli əl ilə yazılmış blankda 1 788 402,2 qram qızılın qramı 58,32 dollardan təhvil veriləcəyi bildirilir.

Sənəd İranın istehsalat zavodu ilə Tatarıstanda pilotsuz təyyarələrin yığıldığı “Alabuqa” xüsusi iqtisadi zonası arasında imzalanıb. Bundan əlavə, 5 aprel 2023-cü il tarixli digər müqaviləyə İran tərəfi üçün də nəzərdə tutulan 2 067 795,9 qram qızılın (iki tondan çox) daha bir partiyası daxildir. Lakin bu çatdırılmanın təfərrüatları hələlik məlum deyil.
 

C4ADS analitiklərinin qeyd etdiyi kimi, qızıldan istifadə ABŞ dolları ilə maliyyə əməliyyatları ilə bağlı məhdudiyyətlərdən yan keçməyə imkan verib. Bundan əlavə, qiymətli metallarla hesablaşmalar əməliyyat iştirakçıları üçün artan anonimlik təmin edir.


Bununla belə, “Alabuqa” tədarük haqqını təkcə qızılla ödəmir.

Hesabatda Rusiya tərəfinin Birləşmiş Ərəb Əmirlikləri dirhəmlərindəki vəsaiti Dubay bankındakı hesaba köçürməsi hadisəsindən bəhs edilir. Bu məqsədlə BƏƏ-nin vergi güzəştləri və sadələşdirilmiş kapital hərəkətini təmin edən azad iqtisadi zonalarından istifadə edilib. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO