Millət vəkilindən AQTA-ya ETİRAZ: “Məhsulun keyfiyyətinin sahəyə nə dəxli var?”

Millət vəkilindən AQTA-ya ETİRAZ: “Məhsulun keyfiyyətinin sahəyə nə dəxli var?”

Hazırda oxunan: Millət vəkilindən AQTA-ya ETİRAZ: “Məhsulun keyfiyyətinin sahəyə nə dəxli var?”

24380

Azərbaycandan kənd təssərrüfatı məhsullarının ixracı ilə bağlı prolem uzun müddətdir ki, davam edir. Məhsullar fermerlərin əlində sıradan çıxmaqda və onun istehsalı üçün çəkilən xərclər “batmaqda” olsa da, hələ ki, çıxış yolu tapılmayıb. Problem ilk öncə Göyçaydan olan pomidor istehsalçılarının timsalında gündəmə gəlsə də, tezliklə bütövlükdə ölkəni əhatə etdiyi məlum olub.  

Problemin bir tərəfi Rusiyanın Azərbaycan məhsullarının ixracına yaratdığı süni əngəllərlə bağlı olsa da, digər bir istiqamət yerli qurumların fəaliyyətinə yönəlir.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir POMIDOR BÖHRANI – Şəmkir sahibkarları müflis olur - ŞİKAYƏT


Belə ki, pomidor istehsalçısı olan fermerlər Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən sertifikat ala bilməmələrini gündəmə gətiriblər. Məlum olub ki, Agentlik fermerlərə sertifikat vermək üçün onların istixana sahələrinin 1 hektardan az olmamas tələbini irəli sürüb. Halbuki, bu cür istixananı  qurmaq üçün təxminən yarım milyon manat vəsaitə ehtiyac var. Beləliklə, borc, kredit götürməklə təsərrüfat quran kiçik sahibkarlar çıxılmaz duruma düşüblər.

Agentliyin belə bir şərt irəli sürməsi hansı zərurətdən yaranıb? Qaydaların dəyişdirilməsi gözlənilə bilərmi? 

Qeyd edək ki, Bizim.Media olaraq hələ ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanan sualın cavabını gözləməkdəyik.   

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, istixanın sahəsinin 1 hektar və ya 1 sot olmasının məhsulun keyfiyyətinə hansısa təsiri yoxdur: 

“Bunun məsələyə nə dəxli var? Məhsulun keyfiyyəti yaxşıdırsa, ona sertifikat verilməlidir. Qida Təhlükəsizliyi Agentliyi belə addım atmamalıdır. 20 sot hektar istixanada 1 hektar sahədən də yaxşı məhsul yetişə bilər. Ona görə də bu ağılabatan məsələ deyil, hamıya eyni yanaşılmalıdır və məhsul normaldırsa, sertifikat verilməldir”.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO