Xaricdən avtomobil gətirmək adı ilə 30-dan çox vətəndaş ALDADILDI - VİDEO

Xaricdən avtomobil gətirmək adı ilə 30-dan çox vətəndaş ALDADILDI - VİDEO

Hazırda oxunan: Xaricdən avtomobil gətirmək adı ilə 30-dan çox vətəndaş ALDADILDI - VİDEO

242321

Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "İnstagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb.

Bizim.Media xəbər verir ki, "Kharabağ International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmdalizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.

Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallan şəxslərlə əlaqə saxladıq.

Onlardan Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə "Xəzər Xəbər"ə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.

O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar.

Mövzu ilə bağlı daha ətaraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO