İran valyutası dollar qarşısında tarixi minimuma düşdü

İran valyutası dollar qarşısında tarixi minimuma düşdü

Hazırda oxunan: İran valyutası dollar qarşısında tarixi minimuma düşdü

241001

İran rialı sürətli düşüşünə davam edərək ABŞ dolları qarşısında yeni antirekord səviyyəyə enib.

Bizim.Media vesti.ru-ya istinadən xəbər verir ki, çərşənbə axşamı məzənnə 1 dollar üçün 1 milyon 36 min rial səviyyəsində olub.
 

Ekspertlərin fikrincə, kəskin düşüş keçən həftə Vaşinqtonun İran neft sektoruna qarşı yeni məhdudiyyət tədbirləri elan etməsi fonunda baş verib.


"Reuters" agentliyinin məlumatına görə, ABŞ sanksiyaları nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə artması hesabına İranın Çinə neft ixracatını xeyli azada bilər.

Xatırladaq ki, 2018-ci ildə İran valyutasının məzənnəsi 1 dollar üçün təxminən 55.000 rial təşkil edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO