Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün OLACAQ

Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün OLACAQ

Hazırda oxunan: Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün OLACAQ

239738

“Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bunu “modern.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq:

"Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur.
 

Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə  səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər".


Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO