“Apple” şirkəti yeni M4 prosessorlu “MacBook Air”i təqdim edib.
Bizim.Media xəbər verir ki, noutbuk keçən il təqdim olunmuş M4 prosessoru ilə təchiz olunub.
“Apple” yeni MacBook-un M1 versiyasından iki dəfə sürətli olduğunu iddia edir. Cihazda süni intellektlə işləməyə cavabdeh olan M4 çipindəki neyral mühərrik M1 versiyasından üç dəfə daha sürətli işləyir.
“MacBook Air”in əsas versiyası 16 GB RAM ilə istehsal edilib, lakin artıq 32 GB-a qədər genişləndirilməsi üzrə işlərə də başlanılıb.
Noutbukda “Center Stage” dəstəyi ilə yeni 12 meqapiksellik kamera var, o, insanı və ya cismi daimi kadrda saxlamaq üçüb avtomatik izləmə funksiyasına malikdir. Noutbuk indi 6K təsvir ölçüsünə qədər iki xarici monitoru birləşdirməyi dəstəkləyir.
Noutbuk dörd rəngdə mövcuddur: qara, gümüşü, qızılı və göy. 13 düymlük “MacBook Air”un qiyməti 999 dollar, 15 düymlük versiya isə 1199 dollardan başlayır.
Yeni cihazın satışlarına martın 12-də başlanılacaq.
Bizim.Media