Bu şəxslərin pensiyası ARTIRILA bilər - 500 manat...

Bu şəxslərin pensiyası ARTIRILA bilər - 500 manat...

Hazırda oxunan: Bu şəxslərin pensiyası ARTIRILA bilər - 500 manat...

237129

Milli Məclisin deputatı Mübariz Qurbanlının son təklifi müzakirə obyektinə çevrilib. Belə ki, millət vəkili həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsinin qadının pensiya fonduna keçirilə biləcəyini deyib:

“Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişi özü qadını işləməyə qoymayıb”.

Sözügedən təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu təqdir edənlər də var, kəskin etirazlar səsləndirənlər də…

Bu mexanizmin tətbiqi mümkündürmü?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deputatın fikrini dəstəkləməyib:

“Bu məsələ qanuniləşərsə, dövlət ailə məsələlərinə müdaxilə etmiş olur. Qərar böyük problemlər yarada bilər. Bütün ailələr sona qədər birliyini qorumur, kifayət qədər boşananlar var. Digər tərəfdən sistem necə qurulacaq? Kişilərə bir-bir zəng vurub həyat yoldaşına işləməyə icazə verib-vermədiklərini soruşacaqlar? Bu gün nikah müqaviləsi ilə bağlı məsələni belə həll edə bilmirik”.

İqtisadçı bildirib ki, bu qərar Azərbaycan ailə dəyərlərinə ziddir:

“Əvəzində evdar qadınlar üçün daha yüksək məbləğdə minimum pensiya məbləği müəyyənləşdirilə bilər. Məsələn, minimum pensiya 320 manatdırsa, evdar qadınlara bu, 400-500 manat olsun. Yəni 25 faiz daha çox…Ən sadə həll yolu budur. İndiki halda ABŞ və ya Avropa ölkələrində müşahidə olunan tendensiyanı ölkəyə daşımaq doğru deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO