Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

Hazırda oxunan: Pensiyaya çıxmadan topladığımız kapitaldan kredit ödəyə biləcəyik - YENİLİK

235740

Son zamanlarda ölkəmizdə pensiya kapitalının birdəfəyə tam əldə edilməsi ilə bağlı müzakirələr aparılır. Pensiya kapitalı dedikdə insanların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği nəzərdə tutulur. Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər.

İnsanlar pensiya yaşına çatdıqdan sonra 12 il ərzində pensiya kapitalını əldə edə bilərlər. Yəni sözügedən kapital 144 aya bölünərək aylıq pensiya şəklində vətəndaşa təqdim edilir. Lakin, bəzi şəxslər pensiya kapitalından tam yararlanmaq niyyətindədirlər. Vətəndaşlar deyir ki, bəzi insanların ömrü pensiya kapitalından tam istifadə etməyə çatmır və onu daha tez istifadə etmək istəyir. Bu mənada yaxın gələcəkdə qanunvericiliyə hansısa dəyişikliklərin olması ehtimalı varmı? Yəni insanlar pensiya kapitalının ən azından müəyyən bir hissəsindən yararlanmaq fürsəti əldə edə bilərlərmi?

Bizim.Media xəbər verir ki, sözügedən mövzu ətrafında millət vəkili Vüqar Bayramov referans.az-a açıqlama verib.

Millət vəkili bildirib ki, pensiya kapitalının istifadə məsələsi müzakirə edilən məsələlərdən biridir. Bununla bağlı 2015-ci ilin dövlət büdcəsi müzakirə edilən zaman Milli Məclisdə də təkliflər təqdim olunub. Bir sıra ölkələrdə o cümlədən Sinqapur və Amerika Birləşmiş Ştatlarında olduğu kimi pensiya kapitalının bizdə də istifadəsi ilə bağlı təkliflərimizi etmişik. Bizim təkliflərimiz, pensiya kapitalının bir hissəsinin pensiya kapitalını formalaşdıran şəxs tərəfindən pensiya yaşı tamam olmadan pensiya imkanlarının yaradılmasıdır. Millət vəkili müqayisə üçün onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında minimum pensiya anlayışı ilə yanaşı həm də orta pensiya kapitalı anlayışı da var. Bu kapitala malik olan şəxslər o kapitaldan istifadə edə bilirlər. Bu isə həmin şəxslərə imkan verir ki, onlar pensiya kapitalından daha tez faydalansınlar həm də pensiya kapitalının bir hissəsi istehlaka yönəlsin. Oxşar praktikanın Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab edirik. Bu istiqamətdə maliyyə qiymətləndirilməsinin aparılması və buna uyğun qərarın verilməsi vacibdir. "Bütövlükdə pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının yaradılması, misal üçün kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xidmətləri üçün istifadə edilməsi pensiya kapitalının yığımına marağı artıra bilər. Eyni zamanda da həm də bu proses vətəndaşlarımızın pensiya kapitalının daha səmərəli istifadəsinə fürsət yarada bilər. Həmçinin də bu rəsmi məşğulluğun genişləndirilməsi fonunda qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacibdir", - deyə deputat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO