Mərkəzi Bank auditor axtarır

Mərkəzi Bank auditor axtarır

Hazırda oxunan: Mərkəzi Bank auditor axtarır

23169

 

Azərbaycan Mərkəzi Bankı Banklararası Kart Mərkəzinin (BKM) "Ödəniş Kartları Sahəsində Məlumat Təhlükəsizliyi Standartlarının (Payment Card Industry Data Security Standards) 3.2 versiyasının tələblərinə (PCI DSS) uyğunluğu üzrə auditin həyata keçirilməsi və PCI DSS sertifikatının satın alınması üçün açıq tender elan edib.

Sfera.az Report-a istinadən xəbər verir ki, iddiaçı tender təklifi və təklifin bank təminatını dekabrın 19-dək, digər tələb olunan sənədləri isə dekabrın 9-dək Mərkəzi Banka (Bakı şəhəri, R.Behbudov küçəsi 90) təqdim etməlidir.

Tender təkliflərinin açılışı proseduru dekabrın 20-də, saat 15:00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək. Tender üzrə müqavilə imzalandığı gündən xidmətin göstərilməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO