Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun həcmi AÇIQLANDI

Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun həcmi AÇIQLANDI

230270

2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 %, qeyri neft-qaz sektorunda isə 6,2 % artıb.
 

ÜDM istehsalının 35,9 %-i sənaye, 10,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i tikinti, 5,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 19,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.


Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12 382,5 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO