SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancı açıqlanıb – FOTO

SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancı açıqlanıb – FOTO

Hazırda oxunan: SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancı açıqlanıb – FOTO

230105

2024-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 870 min manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Marja.az” SOCAR-ın yarımillik hesabatlarına istinadən məlumat yayıb.
 

2023-cü ilin 6 ayı ərzində (yanvar-iyun) SOCAR-ın baş rəhbərliyə cəmi ödənişlər 850 min manat təşkil etmişdi.


Baş rəhbərliyə SOCAR-ın Prezidenti və 10 Vitse-prezident daxildir. (30 iyun 2023-cü il tarixində SOCAR-ın Prezidenti, birinci vitse-prezidenti və 9 vitse-prezidenti olub). Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də SOCAR qrupunun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO