Bu gün ölkəmizdə xarici brendlərlə yanaşı, fərqli, zövqlü geyimlər istehsal edən yerli markalar da var. Təbii ki, geyim sektorunda yerli brendlərin olması sevindiricidir. Lakin bəzən bu markaların qiyməti xarici brendlərdən fərqlənmir, hətta daha baha belə ola bilir. Bunun səbəbləri isə iqtisadçılar, marketoloqlar tərəfindən fərqli aspektlərdən izah edilir.
Marketoloq Elxan Mərdanlı Bizim.Media-ya açıqlamasında bildirib ki, xarici markalar kütləvi məhsul istehsal edirlər, bu markalar vaxtilə öz ölkələrində invidual istehsal həyata keçiriblər. Sonra isə ixtisaslaşıblar, böyüyüblər və dünyaya yayılıblar:
“Azərbaycanda insanların geyim tikdirdikləri dərzilər və dizaynerlər var ki, onların hazırladıqları dünyada tanınan, markaya çevrilən geyimləri var. Qiymət siyasətinə gəldikdə isə əl işi olduğundan və invidual insan üçün hazırlandığından yerli markaların qiymətləri xaricdən gələnlərə görə baha olur. Məsələn, ölkəmizdə kifayət qədər pencək, kostyum tikilən atelyelər, dizayn evləri var. Onlar bunları invidual olaraq hazırlayırlar”.
Müsahibimiz Azərbaycanda yerli geyim istehsalının zəif olmasının səbəblərindən də danışıb:
“Çünki məhsulu istehsal etmək üçün xammal ölkəyə çox ucuz daxil olmalı, xammala ödənilən rüsum və vergilər hazır məhsula ödəniləndən aşağı olmalıdır. Alıcılar Azərbaycanda istehsal olunan tekstil məhsullarını alanda xaricdən gələn məhsulları ilə eyni əlavə dəyər vergisinə cəlb olunur.
Yəni belə bir iqtisadi mühitdə hər hansı bir Azərbaycan markasının nə inkişafına, sahibkarların bu sahəyə yatırım etməsinə şərait yaradılmır. Çünki bir sahibkar ölkəyə məhsul idxal edərkən 15 % gömrük rüsumu, 18% ƏDV ödəyir. Hazır məhsulla yanaşı, parça, iplik, qıfıllıca və s xammalı da idxal edəndə eyni rüsum və vergini ödəyir”.
Elxan Mərdanlı vurğulayıb ki, bu istiqamətdə islahatlar həyata keçirilməsə, yerli markalarımız olmayacaq.
“Buna görə də Azərbaycanda mövcud qaydalar dəyişməsə, yerli markalarda qiymət azlığını, yeniliyi görə bilmərik”, - deyə o, bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:30 / 07.01.2025
Yerli markaların qiyməti xarici brendlərdən FƏRQLƏNMİR – Hansı daha keyfiyyətlidir?
Hazırda oxunan: Yerli markaların qiyməti xarici brendlərdən FƏRQLƏNMİR – Hansı daha keyfiyyətlidir?
Hazırda oxunan: Yerli markaların qiyməti xarici brendlərdən FƏRQLƏNMİR – Hansı daha keyfiyyətlidir?
228750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.